ABŞ-dәn İsrailә sәrt reaksiya

Vaşinqton rəhbərliyi İsrailin Qәzzada bir mәktәbә tәşkil etdiyi hücumu qınadığını açıqlayıb.

74826
ABŞ-dәn İsrailә sәrt reaksiya

Vaşinqton rəhbərliyi İsrailin Qәzzada bir mәktәbә tәşkil etdiyi hücumu qınadığını açıqlayıb.
Ağ Evin nümayәndәsi ERİK ŞULZ mәsum Fələstinli uşaqların həyatını itirmәlәrinә sәbәb olan İsrailin mәktәbә hücumunu lәnәtlәyib.
Minlərlə fələstinlinin ölkə daxilindә BMT-yә mәxsus binalara sığındığını xatırladan nümayәndә, buralardakı insanların tәhlükәsizliyinin tәmin edilmәmәsindәn tәşviş duyulduğunu qeyd edib.
ABŞ dövlәt katibliyi dә BMT-yә mәxsus binalarda yerlәşәn mәsum insanların öldürülməsinin heç bir haqlı sәbәbinin ola bilmәyәcәyini bildirib.
Digər tərəfdən Amerika Müdafiə Nazirliyi, İsrailin 20 İyulda özlәrindәn tәlәb etdiyi hәrbi-suratı 3 gün әrzindә İsrail Müdafiə Nazirliyinə tәhvil verildiyini, İsrailin təhlükəsizliyinin ABŞ üçün böyük әhәmiyyәt kәsb etdiyini, bunun milli təhlükəsizlik məsələsi olduğunu açıqlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr