Fransada milli matәm

Fransada üç gün milli matәm elan edilib.

72108
Fransada milli matәm

Fransa prezidenti Fransua Hollande, Burkina Faso-Cezayir səfəri əsnasında Malidә qәzaya uğrayan təyyarədə həyatını itirən Fransa vətəndaşlarının xatirəsinə, üç gün milli matәm elan edib.
Matәm qərarına әsasәn, bayraqlar sabahdan etibarən üç gün yarıya endiriləcək.
Hollande, ötәn gün qəzada hәyatını itirәn Fransız vətəndaşlarının ailələrini qəbul edib. Jurnalistlәrә qadağan olanaq baş tutan vә baş nazir Manuel Valls ilә bəzi nazirlərin dә qatıldığı qəbul mərasimində, qəzanın səbəbi, dağıntıların tәmizlәnmәsi, cənazələrin Fransaya gәtirilmәsi barәdә qurbanların yaxınlarına məlumat verilib.
Digər tərəfdən, Fransalı rәsmilәr, ikinci qara qutusu da ötәn gün tapılan təyyarənin qәzaya düşmәsinә geyri sabit hava şәraitinin sәbәb olduğunun yüksәk ehtimal olduğunu qeyd edirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr