Venesuela BMT-ni İsraili qınamağa çağırdı

Venesuela Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının da İsraili qınamaq üçün toplanmasını istəyib

65795
Venesuela BMT-ni İsraili qınamağa çağırdı

Venesuelanın dövlət başçısı Nicholas Maduro İsrailin Qəzzada günahsız insanları, qadın və uşaqları öldürdüyünü və bu siyasətinin soyqırım dərəcəsinə çatdığını bildirib. Venesuela prezidenti beynəlxalq ictimayyətin Fələstinlilərlə İsraili müqayisə etməsini də tənqid edib. O, bir tərəfdə qətl edilən işğal altındakı Fələstin, digər tərəfdə hərbi üstünlüyü olan, beynəlxalq hüququ məcbur edən işğalçı güc İsrail var deyib. Nicholas Maduro fələstinlilərin ordusunun olmadığına, buna qarşı İsrail ordusunun müasir texnologiyalı silahlarla təchiz edildiyinə də diqqət çəkib. Bu arada Venesuela Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının da İsraili qınamaq üçün toplanmasını istəyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr