Obama: vətəndaş itkilərinin yaşanmasından dərin narahatlıq duyur

ABŞ prezidenti Barack Obama İsrailin başladığı quru əməliyyatlarına ilk dəfə münasibət bildirib.

64020
Obama: vətəndaş itkilərinin yaşanmasından dərin narahatlıq duyur

ABŞ prezidenti Barack Obama İsrailin başladığı quru əməliyyatlarına ilk dəfə münasibət bildirib.
Obama bölgədə təzyiqin artması və vətəndaş itkilərinin yaşanmasından dərin narahatlıq duyduğunu söyləyib.
Ağ Evdə mətbuat konfransı keçirən Obama İsrail Baş naziri Netanyahu ilə telefonla danışdığını da ifadə edib. ABŞ prezidenti İsrail ordusunun vətəndaş itkilərini minimuma qədər endirəcək şəkildə hərəkət edəcəyinə ümid etdiyini söyləyib.
O, tunellər vasitəsi ilə İsrailə sızmaların dayandırılmasının lazım olduğunu və heç bir ölkənin raket hücumlarına məruz qalmasını qəbul etməyəcəyini təkrarlayıb.
ABŞ prezidenti Ukrayna sərhədləri daxilində Malayziya təyyarəsinin vurulmasına da münasibət bildirib. Barack Obama əllərindəki məlumatlara görə təyyarənin Rusya meyilli separatçıların nəzarətində olan bölgədən atılan mərmi ilə vurulduğunu və hadisə nəticəsində 1 Amerikan vətəndaşının öldüyünü qeyd edib.
Bütün bu proseslərdə Putin rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayan Obama separatçı qüvvələrin yüksək texnologiyalı silahlara sahib olmadan təyyarəni vura bilməyəcəklərini deyərək bu silahların Rusiyadan gəldiyini ifadə edib.
Ukrayna və Rusiya arasında bir daha atəşkəsin bərpa edilməsinə çağırış edən Obama böhranın sülh yolu ilə həll edilməsini istədiyini söyləyib. Ancaq o Rusiyanın bu istiqamətdə hələ konkret addım atmadığını da sözlərinə əlavə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr