Qǝtl edilǝn Fǝlǝstinlilǝrin sayı 260-a çıxıb

İsrailin tankları, bombardmanın 11-ci günündǝ Qǝzzaya daxil olub. İsrailin “Qoruyucu Xǝtt” adlandırdığı ǝmǝliyyatda qǝtl edilǝn Fǝlǝstinlilǝrin 260-a çıxıb

128550
 Qǝtl edilǝn Fǝlǝstinlilǝrin sayı 260-a çıxıb

İsrailin tankları, bombardmanın 11-ci günündǝ Qǝzzaya daxil olub.
İsrailin “Qoruyucu Xǝtt” adlandırdığı ǝmǝliyyatda qǝtl edilǝn Fǝlǝstinlilǝrin 260-a çıxıb.
Hava vǝ dǝniz qüvvǝlǝrinin dǝ dǝstǝk vǝrdiyi quru ǝmǝliyyatı insanı böhranı dǝrinlǝşdirir.
İsrail bütün gecǝ qurudan vǝ havadan Qǝzza Zolağını qadın uşaq fǝrqi qoymadan insanları qǝtlǝ yetirib.
Dünya bu insanlıq faciǝsi qarşısında sǝssiz qaldıqda, İsrail ordusu 18 min ehtiyatda olan ǝsgǝrlǝri daha vǝzifǝyǝ çağırıb.
İsrail Baş naziri Benyamin Netǝnyahu, quru ǝmǝliyyatının ǝhatǝ dairǝsini genişlǝndirmǝk üçün ordunun hazır olduğunu açıqlayıb.
Hǝmas sözçüsü Fevzi Bǝrhum isǝ, özlǝrini müdafiǝ etmǝk üçün lazimi tǝxnikaya sahib olduqlarını vǝ bunlardan istifadǝ edǝrǝk İsraildǝn qisas alacaqlarını bildirib.
Hǝmasın sözcüsü Fevzi Berhum, özlǝrini müdafiǝ ǝtmǝk üçün lazımi tǝxnikaya sahib olduqlarını vǝ bunlardan istifadǝ ǝdǝrǝk İsraildǝn bunun qisasını alacaqlarını bildirib.
İsrailin ordu nümayǝndǝsi general Motti Almoz isǝ hücumun mǝqsǝdinin, Qǝzzada müǝyyǝn edilǝn hǝdǝflǝri ǝlǝ keçirmǝk vǝ İsrailǝ sızmaq üçün çǝkilǝn tunellǝri mǝhv etmǝk olduğunu açıqlayıb.
İsrailli rǝsmilǝr, mǝqsǝdlǝrinǝ çatana qǝdǝr ǝmǝliyyatların davam edǝcǝyini bildirir.
Quru ǝmǝliyyatına 8 min hǝrbçi qatılarkǝn 18 min ehtiyatda olan ǝsgǝr dǝ vǝzifǝyǝ çağrılıb.
Bununla da iyulun 8-dǝn etibarǝn vǝzifǝyǝ çağrılan 65 min ǝsgǝrin böyük hissǝsi ǝmǝliyyata qatılmaq üçün ǝmr gözlǝyir.
Quru ǝmǝliyyatının ilk dǝqiqǝlǝrindǝn etibarǝn Şefa xǝstǝxanasına yaralılar daşınmaqda davam edir, bu arada İsrail ordusunun xǝstǝxanaya da hücum etdiyi bildirilib.
BMT, 1400-ǝ yaxın evin tǝxrib olduğunu vǝ 18 min insanın evlǝrini tǝrk etdiyini açıqlayıb.
BMT Baş katibi Ban Kim Moon bildirib ki, mǝnim vǝ dünya lidǝrlǝrinin xǝbǝrdarlıqlarına baxmayaraq bu ǝmǝlliyatın başladığını eşitmǝk tǝǝssüf doğurmuşdur.
Fǝlǝstinli Baş müzakirǝçi Saeb Erekat da, quru ǝmǝliyyatının bölgǝdǝki problemlǝrin hǝllini tǝmin etmǝyǝcǝyini bildirib.
BMT Tǝhlükǝsizlik Şurasının, İordaniyanın çağırışı ilǝ bu gün mǝsǝlǝni müzakirǝ etmǝk mǝqsǝdilǝ toplantı keçirǝcǝyi gözlǝnilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr