İranın nüvә müzakirәlәri davam edir

Vyanada davam edən nüvə müzakirələrində böyük anlaşılmazlıqlar yaşanıb.

128365
İranın nüvә müzakirәlәri  davam edir

BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın İran rəhbərliyi ilə Vyanada davam edən nüvə müzakirələrində böyük anlaşılmazlıqlar yaşanıb. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri problemlərin həlli iyulun 20-də son razılaşmanın əldə edilməsi üçün işin əhəmiyyətindən bəsh edib. Dövlət katibi müzakirələr çərçivəsində Almaniya, Fransa və İngiltərə xarici işlər nazirlərinin iştirak etdiyi yığıncağın əvvəlində "5 +1 ölkələri ilə İran arasında böyük anlaşılmazlıqların olduğunu ifadə edib. Fransa xarici işlər naziri Loren Fabyus isə açıqlamasında ağır su reaktoru, Arak və uranın zənginləşdirilməsi mövzularında anlaşılmazlıqlar olduğunu söyləyib. İngiltərə xarici işlər naziri Vilyım Hog isə İranın nüvə proqramının yalnız dinc məqsədlərlə istifadə ediləcəyinə əmin olmalarının lazım olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr