Kerri Əfqanıstana səfər edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Əfqanıstana səfər edib.

125507
 Kerri Əfqanıstana səfər edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Əfqanıstana səfər edib.
Con Kerri seçki nəticələri ilə bağlı münaqişənin aradan qaldırılmasına yardımçı olmaq üçün bir sıra görüşlər keçirəcək.
Amerika Birləşmiş Ştatlarının dövlət katibinin ötən ay keçirilən prezident seçkisində namizəd olmuş Abdullah Abdullah və Eşref Gani ilə də görüşəcəyi gözlənilir.
Bu arada Əfqanıstan Müstəqil Seçki Komissiyası tərəfindən açıqlanan ikinci tur nəticələrinə görə keçmiş Maliyyə Naziri Eşref Gani səslərin 56 faizini, Abdullah Abdullah isə 43 faizini toplayıb. Ancaq Abdullah seçkinin qalibinin özü olduğunu iddia edərək rəqibinin rəhbərliyini qəbul etməyəcəyini açıqlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr