ABŞ-da dinləmə qalmaqalı
Amerıka Birləşmiş Ştatlarında dinləmə qalmaqalı davam edir.
Amerıka Birləşmiş Ştatlarında dinləmə qalmaqalı davam edir. Ölkədə Amerikalı müsəlman məsləhətçilərinin izlənildiyi ortaya çıxıb.
The İntercept adlı elektron jurnal Milli Təhlükəsizlik Agentliyi NSA və Federal Təhqiqat Bürosu FBI-ın milli təhlükəsizliyə təhdid olmayan bir çox amerikalı müsəlmanı izlədiyini ifadə edib. Milli Təhlükəsizlik Agentliyinin keçmiş sistem analitiki Edward Snowdenin sızdırdığı sənədlərə istinad olunan xəbərdə Amerikalı Müsəlmanların elektron poçtlarındakı yazışmaların araşdırıldığınada işarə edilib. İzlənilənlər arasında insan hüquqları müdafiəçiləri, siyasətçilər, vəkillər və professorlarda var. Bununla bağlı olaraq 45 qeyri-hökumət təşkilatı prezident Barak Obamaya məktub yazaraq kəşfiyyat təşkilatlarının izləmə fəaliyyətləriylə ilə əlaqədar ictimaiyyətə açıqlama verməsi tələb olunub.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.