Kimyəvi silahlar məhv edilir
Kimyəvi silahların məhv edilmәsi işi başlayıb.
121748
ABŞ Müdafiə Nazirliyi, Suriyanın kimyəvi silahlarının məhvinə Aralıq dənizinin beynәlxalq sularında başlandığını bildirdi.
Amerilakı komandir Steve Warren, Pentaqonda tәşkil etdiyi mətbuat konfransında Danimarka gəmisi Ark Futura ilә keçən həftə gәtirilәrәk İtaliyadakı limanda ABŞ-na mәxsus Cape Ray hərbi yük gəmisinә köçürülən Suriyanın kimyəvi silahlarının məhvinə, Aralıq dənizidə beynəlxalq sularda başlandığını qeyd edib.
ABŞ-nın gәmidәki hәrbi personalı ilә mütəxəssislərin məhv əməliyyatına başladıqlarını ifadə edən Warren, ilk mәrhәlәdә 600 ton kimyəvi maddәnin 60 gün ərzində mәhv edilәcәyini vurğulayıb.