Bәrlindә Ukrayna ilә bağlı razılıq

Rusiya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirləri yenidən atəşkəsin bərpa edilməsi üçün bir yol xəritəsi üzərində razılığa gəliblər.

115708
Bәrlindә Ukrayna ilә bağlı razılıq

Almaniyanın təşəbbüsü ilə dünən Berlində bir araya gələn Rusiya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirləri yenidən atəşkəsin bərpa edilməsi üçün bir yol xəritəsi üzərində razılığa gəliblər. 4 nazir Kiyev və Rusiya tərəfdarlarının da daxil olduğu bir təmas qrupu yaradılmasını və bu qrupun ən gec şənbə günü toplanmasına qərar veriblər. Qərarda göstərlir ki, əlaqə qrupu bölgədə atəşkəsin təmin edilməsini müzakirə edəcək. Atəşkəsin təmin edilib –edilməməsi isə ATƏT müşahidəçiləri tərəfindən təfdiş ediləcək. Rusiya atəşkəs qüvvəyə mindikdən sonra ukraynalı sərhədçilərin giriş-çıxışlara nəzarət etmək üçün bəzi qapılardan Rusiya ərazisinə keçməsinə icazə verəcəyini qəbul edib. Bu arada Luqansk və Rusiya ilə sərhəd bölgəsində qarşıdurmalar davam edir. Qarşıdurmalar nəticəsində 4 Ukrayna hərbiçısı həlak olub. Ukrayna ordusundan verilən məlumatda bildirilib ki, separatçılara aid 100-dən çox hədəfə hücum təşkil edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr