Ukraynada qarşıdurmalar davam edir
Ukrayna prezidenti Petro Poroşenkonun separatçılarla atəşkəsi daha 3 gün uzatmasına baxmayaraq bəzən qarşıdurmalar davam edir.
Donetskdə əsgər anaları və jurnalistləri daşıyan avtobus atəşə məruz qalıb. Nəticədə 68 yaşlı teleoperator Anatoly Klyan həlak olub. Anatoly Klyan Ukraynadakı qarşıdurmalarda həyatını itirən 3-cü rus jurnalistidir.
Baş vermiş hadisəyə görə Ukrayna ordusunu ittiham edən Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Kiyevi gərginliyi artırmaqda günahlandırıb.
Qarşıdurmaların davam etdiyi Slavyansk şəhərində də xalq narahatdır. Ukrayna ordusu sərhəd bölgəsində nəzarəti təmin etməyə çalışdığı bir vaxtda isə təhlükəsizlikləri üçün narahatlıq keçirən minlərlə insan Rusiyaya sığınır.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...