"Bölgəyə təxminən 300 hərbi məsləhətçi göndəriləcək"

İraqdakı İŞİD təhdidinə qarşı atılacaq addımları bəyan edən Barack Obama, bölgəyə təxminən 300 hərbi məsləhətçinin göndəriləcəyini qeyd edib.

100759
"Bölgəyə təxminən 300 hərbi məsləhətçi göndəriləcək"

ABŞ prezidenti Barack Obama, İraqla bağlı açıqlama verib.
İraqdakı İŞİD təhdidinə qarşı atılacaq addımları bəyan edən Barack Obama, bölgəyə təxminən 300 hərbi məsləhətçinin göndəriləcəyini qeyd edib.
Hərbi birliyin, İraq təhlükəsizlik qüvvələrinə maarifləndirici məlumatlar verəcəyi bildirilib.
Obama, amerikalı əsgərlərin döyüşçü güc olaraq bölgəyə cəlb edilməyəcəyini bir daha təkrar edib. İraqda kəşfiyyat işlərinin gücləndirilidiyini deyən Obama, İraq hökuməti ilə birlikdə qurulan əməliyyat mərkəzində məlumatların paylaşıldığını ifadə edib. Baş verə biləcək hər hansı əməliyyatlarla bağlı məlumat verən Obama, lazım gələrsə hədəfli və diqqətə çarpacaq hərbi müdaxilə üçün hazırlıq görüldüyünü, havadan hücum variantının hələlik bir kənarda saxlanıldığı qeyd edib.
Amerika prezidenti, İraqdakı rəhbərlik böhranına da toxunub, birlik çağırışı edib. Maliki hökumətinə səslənən Obama, İraqlı liderlərdən aralarındakı ayrıseçkiliyə son qoyaraq siyasi plan ətrafında toplanmalarını istəyib. Vaşinqtonun diplomatik səylərə liderlik edəcəyini bildirǝn Obama, ABŞ Dövlǝt katibi Con Kerrinin həftənin sonu Orta Şǝrq və Avropada danışıqlar aparacağını bildirib. Tehran rəhbərliyinə də çağırış edən Barack Obama, bu müddətdə İranın konstruktiv rol tuta biləcəyini qeyd edib. Obama, İranın məzhəb gərginliyi artıran addımlardan imtina etmǝsini istəyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr