NATO hasidələri qınayıb

İŞİD terrorist qrupunun İraqda sǝbǝb olduğu təhlükəsizlik böhranı və Türkiyənin Mosuldakı baş konsulluğuna təşkil etdiyi hücum dünyanı ayağa qaldırdı.

93254
NATO hasidələri qınayıb

İŞİD terrorist qrupunun İraqda sǝbǝb olduğu təhlükəsizlik böhranı və Türkiyənin Mosuldakı baş konsulluğuna təşkil etdiyi hücum dünyanı ayağa qaldırdı.
NATO, Türkiyənin çağırışı ilə daimi nümayəndələr səviyyəsində təcili toplanaraq vəziyyəti müzakirə etdi. NATO-nun baş katibi Anders Foq Rasmussen “girovlar şərtsiz bir şəkildə və dərhal sərbəst buraxılmalıdır" deyib.
Rasmussen, “İraqdakı şiddəti qınayıram. NATO olaraq, girov alınanların ailələrinin, yaxınlarının yanındayıq və ən qısa zamanda onların azad olmalarını istəyirik. Bu cür cinayətin doğru olduğunu müdafiə edəcək heç bir şey ola bilməz” deyə qeyd edib.
Baş katib Pan Gi Mun da, beynəlxalq cəmiyyəti, girov götürülǝn Türklərin sərbəst qalması və təcavüzkarların tutulub ədalət qarşısında cavab vermələri üçün bərabər hərəkət etməyə çağırıb.
Yunanıstanda görüşən Avropa Birliyi və Ərəb Birliyi xarici işlər nazirləri də Mosuldakı hücumları tənqid edərək əməkdaşlıq qərarı alıb.
Almaniya və Kanada xarici işlər nazirləri, hücumu kəskin şəkildə tənqid edərək girovların sərbəst buraxılmasını tələb ediblər.
İran prezidenti Ruhani də hücumlara kəskin şəkildə reaksiya verib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr