Son bir ayda 126 nəfər həlak olub

Təbii fəlakətlər nəticəsində son bir ayda 126 nəfər həlak olub

89043
Son bir ayda 126 nəfər həlak olub

Çində təbii fəlakətlər nəticəsində son bir ayda 126 nəfər həlak olub.
Çin Vətəndaşlarla iş üzrə nazirlikdən verilən məlumatda, ölkədə ötən ay baş verən təbii fəlakətlərdən 21,8 milyon insanın zərər çəkdiyi, 777 000 nin isə yerinin köçürüldüyü bildirilir.
Təbii fəlakətlərdə may ayında 54 min evin dağıldığı, 323 min evin zədələndiyi, 2,4 milyon hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilir.
Çində təbii fəlakətlər nəticəsində ölkə iqtisadiyyatına dəyən maddi zərər 25,64 milyard dollar təşkil edir. Ölkədə may ayında başlayan güclü yağışlarla əlaqədar sel, torpaq sürüşməsi kimi təbii fəlakətlərdən başqa quraqlıq, meşə yanğını və zəlzələ baş verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr