Las Veqasda silahlı hücum

Las Veqasda silahlı hücum hәyata keçirilib

87591
Las Veqasda silahlı hücum

ABŞ-ın qumar mәrkәzlәrindәn olan Las Veqasda bir restorana daxil olan 2 tәcavüzkar, yemək yeyən iki polis әmәkdaşına atəş açıb. Hadisә nәticәsindә Polislәr hәyatını itirib.
Polislərə mәxsus silahları oğurlayaraq prospektin qarşısındakı bir mağazaya hücum edәn biri qadın olan iki tәcavüzkar, daha bir nәfәri də öldürdükdәn sonra, hadisәnin baş verdiyi yerə gələn polislәr ilә bir müddәt atışıblar. Sonra da "Bu bir inqilabın başlanğıcıdır" şuarını sәslәndirib vә özlәrinә qәsd ediblәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr