Əl-Qaidə terror qrupların sayı artıb

ABŞ-dan әhәmiyyәtli hesabatı

83232
Əl-Qaidə terror qrupların sayı artıb

ABŞ-da açıqlanan bir hesabatda Türkiyənin Suriyaya qarşı keçirdiyi narahatlıqlarda haqlı olduğu göstərilib. Hesabata görə , Əl-Qaidə terror qrupların sayı Suriya böhranı ilə birlikdə artıb. Bundan əvvəlki illərdə Türkiyənin xəbərdarlıqlarına məhəl qoymayan dünya indi Suriyadakı terrorist qrupları nəzarət altına alıb. 112 səhifəlik hesabatda , Bəşər Əsədin rəhbərlik etdiyi Suriyaya diqqət çəkilib. Hesabata görə , 2010 - 2013 illər arasında terroristlər 58 faiz artıb və bunların ən etibarlı məkanı hazırda Suriyadır. Ayrıca son 4 ildə Əl-Qaidə terror təşkilatının sayında ciddi artımın olduğu göstərilir. Türkiyənin həftənin əvvəlində terrorist siyahısına daxil etdiyi Nusra Cəbhəsi isə 21 faizlə 3-cü yerdədir. Hesabata görə , ümumiyyətlə Əl Qaidə üzvlərinin sayı təqribən 45-105 min arasındadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr