Ukraynada gərginlik daha da artıb

Ukraynada prezident seçkilərindən sonra gərginlik daha da artıb.

75688
Ukraynada gərginlik daha da artıb

Ukraynada prezident seçkilərindən sonra gərginlik daha da artıb.
Atışmaların getdiyi Donetskdə xəstəxanaların morqları cəsədlərlə dolub. Rusiya yönümlü separatçılar ölənlərin sayının 100-ə çata biləcəyini bildirib.
ABŞ və Avropa Ittifaqı seçkidən sonra prezident Pyotr Poroşenkonu dəstəklədiklərini açıqlayıblar.
Brüsseldə keçirilən Avropa Ittifaqı sammitindən sonra avropalı liderlər Rusiyanı yeni seçilən qanuni prezidentlə əməkdaşlıq etməyə çağırıb.
ABŞ prezidenti Barak Obama da Ukranya preizdenti Pyotr Poroşenkonya zəng edərək dəstəyini ifadə edib.
Obama gələn həftə Avropaya turnesi zamanı da Poroşenko ilə bir araya gələcək.
Rusiya prezidenti Vladimir Putin isə Ukrayna məsələsini Parisdə Fransanın dövlət başçısı Fransua Ollandla müzakirə edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr