Joe Biden Qıbrıs’a rəsmî səfər edib

ABŞ Prezidentinin Müavini Joe Biden Qıbrısa rəsmî səfər edib.

72050
Joe Biden Qıbrıs’a rəsmî səfər edib

ABŞ Prezidentinin Müavini Joe Biden Qıbrıs'a rəsmî səfər edib.

52 ildən sonra ilk dəfədir ABŞ-dan yüksək səviyyəli rəsmi şəxs Adaya rəsmi səfərə gəlib.

Quzey Qıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Dərviş Əroğlu Biden ilə görüşüb və görüşün müsbət atmosferdə gerçəkləşdiyini söyləyib.

Biden əvvəlcə Rum Ortodoks Kilsəsinin Baş katalikosluğunda dinî xadimlərlə görüşüb, daha sonra da Rum tərəfinin lideri Nikos Anastasiadis ilə bir araya gəlib.

Bidenin görüşlərində Qıbrıs məsələsinin həlli müzakirə edilib.

Dərviş Əroğlu Biden ilə görüşdən sonra verdiyi açıqlamada, iki dövlətli bərabərlik təməlinə dayanan bir həll yoluna tərəfdar olduqlarını söyləyib.

Joe Biden də şərəfinə verilən ziyafətdən sonra verdiyi açıqlamada Fevralın 11-də yayılan ortaq mətnə iki tərəfin də sadiq olduğunu görməkdən məmnuniyyət duyduğunu və iki liderin ortaq mətn barədə razılaşdıqlarını dilə gətirib.

Biden həmçinin deyib ki, liderlər məsələnin davamlı həlli üçün ayda iki dəfə görüşməyi qərara alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr