Tripolidә Məclis binasına hücum

Liviyanın paytaxtı Tripolidә Müvəqqəti Məclis binasına hücum olub

69731
Tripolidә Məclis binasına hücum

Liviyanın paytaxtı Tripolidә Müvəqqəti Məclis binasına hücum olub. Mәlumata әsasәn, silahlılar tərəfindən təşkil edilən hücum nәticәsindә bəzi millət vəkilləri və işçilər oğurlanıb. Lakin Liviya Müdafiə Nazirliyi oğurlanan millət vəkili və işçilərin sayı haqqında konkret mәlumat vermәyib. Həmçinin ordu birlәşmәlәrinin basqın cəhdinin qarşısını aldıqları və Məclislə ətrafındakı binalara nәzarәti әlә keçirdiklәri, ancaq Tripolinin cənubunda, Məclisə 4 kilometr uzaqlıqdakı hava limanı yolunda təhlükəsizlik qüvvәlәri ilә silahlı qruplaşmalar arasında qarşıdurmaların davam etdiyi bildirilib. Qeyd edək ki, Es Savaik və Əl Kaaka adlı qruplaşmalar 2011-ci ilin fevralında hәyata keçirilәn inqilabdan sonra Liviyada ortaya çıxan ən böyük silahlı qruplaşmalar olaraq bilinir. Milli Ümumi Konqresin rəhbərliyi xalqa təhvil verməsini istәyәn bu qruplaşmalar dəfələrlə məclis binasına hücum tәşkil ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr