Rusiyaya verilәn imtiyazlar lәğv edilir

ABŞ-dan Rusiya iqtisadiyyatına daha bir zәrbә vurulub.

63782
Rusiyaya verilәn imtiyazlar lәğv edilir

ABŞ Ukraynada gərginliyi azaltmaq üçün səy göstərməyən Rusiyaya verilən ticarət imtiyazlarını ləğv etməyi planlaşdırır. Ağ Evdən verilən açıqlamada prezident Barak Obamanın bununla bağlı Konqresə müraciət etdiyi bildirilib. Rusiya iqtisadiyyatının inkişaf etdiyi vurğulanan açıqlamada daha az inkişaf edən ölkələrə verilən imtiyazlara Rusiyanın ehtiyacı olmadığı qeyd olunub. İmtiyazlar ləğv ediləcəyi təqdirdə Rusiyadan idxal edilən məhsullar adi gömrük vergisi orqanları vasitəsilə ölkəyə daxil olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr