Pəribacalarının tarixdə ilk dəfə 1712-ci ildə Fransada tanıdıldığını bilirsinizmi?

Əslində Kappadokiyadakı qaya evlərindən ilk dəfə 600-cü ildə yazılmış "Əziz Hieronun həyatı" əsərində bəhs edilir.

1595815
Pəribacalarının tarixdə ilk dəfə 1712-ci ildə Fransada tanıdıldığını bilirsinizmi?

Pəribacalarının tarixdə ilk dəfə 1712-ci ildə Fransada tanıdıldığını bilirsinizmi?

Əslində Kappadokiyadakı qaya evlərindən ilk dəfə 600-cü ildə yazılmış "Əziz Hieronun həyatı" əsərində bəhs edilir. 18-ci əsrdə bir karvanla Anadolunu gəzən fransız səyyah Paul Lukas isə fransız sarayına ünvanladığı məktubda Pəribacaları üçün "Bunlar bir insanın gözlərilə görə biləcəyi ən möhtəşəm şeylərdir" deyib. Paul Lukas ölkəsinə qayıdandan sonra səyahət yazısını iki cildlik bir səyahətnamə halında 1712-ci ildə Parisdə dərc edib. Əsərində Kappadokiya bölgəsində gördüklərini, bir qədər xəyal gücünü də qataraq xeyli şişirdilmiş təsvir etmişdir. Səyahət kitabı nəşr olunduqda inandırıcı qəbul edilməyib və Avropa ictimaiyyətində böyük mübahisələrə səbəb olub. Hətta yazılanları təsdiq etmək üçün əvvəlcə Fransa səfiri, daha sonra İngiltərə səfiri bölgədə araşdırma aparıb və Paul Lukasın yazıları təsdiqlənib.

Lukasdan sonra 19. əsrdə avropalı səyyahlar elmi məqsədlə araşdırmalar aparmaq üçün bölgəyə gəliblər və bu fərqli geoloji quruluş qarşısında heyrətlərini gizlədə bilməyiblər.

1700-cü illərin ilk yarısında dünyaya tanıdılan Pəribacaları hələ də dünyanın dörd bir tərəfində yaşayan həvəskarları cəlb etməyə davam edir.



Әlaqәli Xәbәrlәr