Türkiyədə ilk peyvəndin Osmanlı İmperiyası dövründə hazırlandığını bilirsinizmi?

1721-ci ildə İngiltərə səfirinin həyat yoldaşı Lady Montaqu ölkəsinə ünvanladığı bir məktubda İstanbulda suçiçəyinə qarşı "peyvənd deyilən bir şey"in hazırlandığını yazıb.

1387704

Fransalı  kimyaçı və mikrobioloq Lui Pasteur  quduz itlər  üzərində sınaqlarını  davam etdirmək üçün dövrün dövlət başçılarından maddi dəstək tələb edib.  
II Əbdulhəmit kömək edə biləcəyini ancaq ondan  sınaqlarını  İstanbulda davam etdirməsini istəyir. Bu təklifi qəbul etməyən Lui Pasteura 10.000 min qızıl sikkə göndərilir və ondan Osmanlıdan olan  3  nəfərə köməkçi kimi təlim keçməsi tələb olunur.
Fransaya gedən üç nəfərdən ibarət heyət Osmanlıya qayıdarkən sınaqlar keçirmək üçün ''quduz mikrobu'' vurulmuş sümük iliyi gətirir.
1887-ci ilin yanvar ayında quduzluqla mübarizə aparan mərkəz yaradılır. Bu mərkəz dünyanın üçüncü, şərqin isə birinci mərkəzidir. Qurtuluş müharibəsi dövründə də çətin şərtlərdə peyvəndlər hazırlanır. Peyvəndlərin hazırlanması Cümhuriyyət dövründə də davam etdirilir. 1940-cı ilədək difteriya, BCG, vəba, tetanus və quduz peyvəndi kimi vaksinlər hazırlanıb. 1940-cı ildə Türkiyə xolera epidemiyasına qarşı milli imkanlarla hazırladığı peyvəndi Çinə göndərir.

Әlaqәli Xәbәrlәr