Qordionun Anadoludakı ən qədim yaşayış yerlərindən biri olduğunu bilirsinizmi?

Qordion antik şəhərinin Anadoludakı ən qədim yaşayış yerlərindən biri olduğunu bilirsinizmi?

1229398
Qordionun Anadoludakı ən qədim yaşayış yerlərindən biri olduğunu bilirsinizmi?

  Qordion antik şəhəri Anadolunun ən qədim məskənlərindən biridir, tarixi miladdan əvvəl 3000-ci illərə söykənir. Türkiyənin paytaxtı Ankara ilə 29 km. məsafədə yerləşən şəhərin qazıntı işləri zamanı burada bir çox fərqli mədəniyyətə aid əsərlər tapılıb.

  Miladdan əvvəl 800-cü illərdə Frigiya kralı Qordios tərəfindən paytaxt olan şəhər sonrakı kral Midasın dövründə ən parlaq vaxtlarını yaşayıb. Hazırda şəhərin görkəmli keçmişindən ancaq antik evlərin bünövrələri və irili-xırdalı qalıqları durur.

  Qordion şəhərinin əsas strukturlarından başqa ən çox diqqət çəkən Frigiya kralları və nəsillərinin basdırıldığı kurqanlardır. Burada olan 100-dən artıq belə abidə-məzarın içində ən böyüyü kral Midasın adına olan kurqandır. Onun içində yerləşən məzar otağına çatmaq üçün 80 metrlik tuneli sonuna qədər getmək lazımdır. Buradakı əl dəyilməmiş taxta qəbirin başqa heç yerdə bənzəri yoxdur.

  Qordion antik şəhəri yaxınlığındakı muzey, İstanbul Arxeologiya Muzeyi və Ankara Anadolu Sivilizasiyaları Muzeyində bu yerdən çıxarılmış çox sayda tarixi əsəri görmək mümkündür.



Әlaqәli Xәbәrlәr