Rusiya: Ukrayanın Belqorod şəhərinə hücumlarında bir nəfer ölüb

Ukraynanın Rusiyanın Belqorod şəhərində həyata keçirdiyi hücumlarda bir nəfər ölüb.

2119739
Rusiya: Ukrayanın Belqorod şəhərinə hücumlarında bir nəfer ölüb

Ukraynanın Rusiyanın Belqorod şəhərində həyata keçirdiyi hücumlarda bir nəfər ölüb.

Belqorod valisi Vyaçeslav Qladkov sosial media hesabından verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin martın 23-ü səhər saat 07:00-dan 24-ü saat 07:00-a qədər olan hücumlarda 1 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını qeyd edib.

Qladkov hücumlar nəticəsində şəhərdə maddi ziyanın da olduğuna diqqət çəkib.

“214 mənzil, 32 çoxmənzilli yaşayış evi, 34 fərdi yaşayış evi, 1 anbar, 3 sosial obyekt və 9 ticarət obyekti və 40 avtomobilə ziyan dəyib”, deyə o qeyd edib.

Qladkov axşam saatlarında Rusiya hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti üzərində 22 Ukrayna hava hədəfini vurduğunu, hücumda 4 nəfərin yaralandığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə qeyd edib ki, Ukrayna ordusu Moskva vaxtı ilə saat 17.50 radələrində RM-70 Vampire çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Rusiya ərazisinə hücum edib.

Açıqlamada "Belqorod bölgəsində 22 raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib" deyilib.



Әlaqәli Xәbәrlәr