"Crocus City Hall"da ölənlərin sayı 137-yə çatıb

Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall” konsert zalında martın 22-də törədilən terror aktında həyatını itirənlərin sayı 137-yə yüksəlib.

2119626
"Crocus City Hall"da ölənlərin sayı 137-yə çatıb

Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall” konsert zalında martın 22-də törədilən terror aktında həyatını itirənlərin sayı 137-yə yüksəlib.

Rusiya İstintaq Komitəsi (SLEDCOM) hücumda həyatını itirənlərin sayının 3-ü uşaq olmaqla 137-yə yüksəldiyini açıqlayıb.

SLEDCOM-un verdiyi açıqlamada hadisə yerində araşdırmanın davam etdiyi və indiyədək 62 cəsədin şəxsiyyətinin müəyyən edildiyi bildirilib.

Digər tərəfdən, hücumla əlaqədar saxlanılan 11 şübhəlidən 4-ü Moskva Basmannı Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Şübhəlilər - Tacikistan vətəndaşları Dalercon Mirzoyev, Saidakram Murodali Rachabalizoda, Fariduni Shamsidin və Muhammadsobir Fayzovun mayın 22-dək həbsdə saxlanmasına qərar verilib.

Fayzovun əlil arabasında, həkimin müşayiəti ilə məhkəmə zalına aparılması, digər şübhəlilərin üzlərindəki şişlik və qançırlar diqqət çəkib.



Әlaqәli Xәbәrlәr