Rusiyada 24 mart - Ümumxalq hüzn günü elan edildi

Qeyd edək ki, martın 22-də axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 100- keçib

2119370
Rusiyada 24 mart - Ümumxalq hüzn günü elan edildi

 

  “Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində səsləndirib.

  “Moskva və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, - deyə o əlavə edib.

  Qeyd edək ki, martın 22-də axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 100-ü keçib.



Әlaqәli Xәbәrlәr