“Bizim bayrağımız sarı və mavidir, əsla başqa rəng olmayacaq”

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında deyilir ...

2114372
“Bizim bayrağımız sarı və mavidir, əsla başqa rəng olmayacaq”

 

  Vatikanın və katoliklərin ruhani başçısı Papa Fransiskin “ağ bayraq” çağırışından sonra Vatikanın Ukraynadakı səfiri Visvaldas Kulbokas Xarici İşlər Nazirliyinə çağırılıb.

  Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında deyilir: “Visvaldas Kulbokasa məlumat verilib ki, Ukrayna Papanın “ağ bayraq” və təcavüzkarla (Rusiya) “cəsarət göstərmək və danışıqlar aparmaq” kimi sözlərindən məyus olub.

  Qüdrətlilərin hüququnu qanuniləşdirmək və onu beynəlxalq hüquq normalarına daha da məhəl qoymamağa çağırmaq əvəzinə, Papanın dünyaya xeyirin şərə qarşı qələbəsini istəmək, hücuma uğrayana deyil, təcavüzkara müraciət etməsini gözləyərdik.

  Ukrayna və bizim digər ölkələr də sülhə can atırıq. Lakin bu sülh ədalətli olmalı və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Ukraynanın təklif etdiyi Sülh Formulu prinsiplərinə əsaslanmalıdır”.

  Xatırladaq ki, Roma Papası Fransisk bir neçə gün əvvəl müsahibəsində Ukraynanı Rusiya ilə razılığa gəlməyə və “ağ bayraq qaldırmaq üçün cəsarət” göstərməyə çağırıb.

  Fransiskin bəyanatından sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Papaya belə reaksiya verib: “Bizim bayrağımız sarı və mavidir. Biz bu bayraqla yaşayar, ölər və qalib gələrik. Əsla başqa bayraq qaldırmayacağıq”.



Әlaqәli Xәbәrlәr