Peskov Ukraynanın müzakirəyə çağırışları rədd etməsinə münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Papa Fransiskinin “ağ bayraq açmaq” təklifi də daxil olmaqla müzakirəyə çağırışlarını qəti şəkildə rədd edib.

2113849
Peskov Ukraynanın müzakirəyə çağırışları rədd etməsinə münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Papa Fransiskinin “ağ bayraq açmaq” təklifi də daxil olmaqla müzakirəyə çağırışlarını qəti şəkildə rədd edib.

Peskov gündəmdəki məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Fransanın “Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq niyyəti” ilə bağlı Peskov deyib: “Ümumiyyətlə, müzakirələrin genişlənməsi və Parisin müəyyən bir birliyi göndərmə ehtimalına hazır olduqlarını bəyan etmiş ölkələrdən ibarət koalisiyasının yaradılması səylərində israrlı fəaliyyəti təbii ki, gərginliyi artıracaq bir anlayışdan başqa bir şey deyil. Bu çox təhlükəli bir anlayışdır, çox təhlükəlidir".

Peskov bunun "potensial olaraq çox arzuolunmaz nəticələrə səbəb ola biləcəyini" vurğulayıb və hadisələri çox diqqətlə izlədiklərini qeyd etdib.

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin Ukraynanı “ağ bayraq qaldırmağa” və “danışıqlara” çağırdığını xatırladan Peskov bildirib ki, bu yaxınlarda Kiyev administrasiyası danışıqlara çağırışları, o cümlədən Papanın çağırışları da daxil bütün “müzakirə çağırışlarını qəti şəkildə rədd edib. 

Kiyev və Qərbin Rusiyanı strateji cəhətdən məğlub etmək niyyətinin səhv olduğunu vurğulayan Peskov “Hadisələrin, xüsusən də döyüş meydanındakı gedişatı bunu ən açıq şəkildə göstərir” deyib.


Etiketlәr: #Ukrayna , #Papa Fransisk

Әlaqәli Xәbәrlәr