Ukrayna Müdafiə Nazirliyi bəyanat yaydı

Ukrayna Rusiyanın Qara dəniz donanmasına aid patrul gəmisinin Krım sahillərində hədəf alındığını açıqlayıb.

2111507
Ukrayna Müdafiə Nazirliyi bəyanat yaydı

Ukrayna Rusiyanın Qara dəniz donanmasına aid patrul gəmisinin Krım sahillərində hədəf alındığını açıqlayıb. 
Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsindən verilən açıqlamada Krım sahillərində Rusiyanın Qara dəniz donanmasına aid patrul gəmisinin hədəf alındığı bildirilib.
Kerç boğazına yaxın bir nöqtədə "Magura V5" pilotsuz dəniz vasitələri ilə vurulan ''Sergey Kotov'' adlı rus gəmisinin müxtəlif hissələrinə ziyan dəydiyi qeyd edilib.
Açıqlamada hədəf alınan gəminin dəyərinin təxminən 65 milyon dollar olduğu bildirilib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak hücumla bağlı verdiyi açıqlamada deyib: "Rusiyanın Qara dəniz donanması işğalın simvoludur. Ukraynaya aid olan Krımda ola bilməz".
Krımdakı Rusiya səlahiyyətliləri hücuma görə Krım körpüsündəki nəqliyyat və qatar hərəkətlərinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr