Ukrayna: Rusiyanın "Su-34" tipli döyüş təyyarəsini vurduq

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Donanması İdarəsinin komandanı Nikolay Oleşuk Rusiyanın "Su-34" tipli döyüş təyyarəsini vurduqlarını bildirib.

2105222

Oleşuk sosial media hesabında etdiyi paylaşımda Ukrayna ordusunun Rusiyanın "Su-34" tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada isə, bu gecə Rusiyanın bir "S-300" idarə olunan raketi, bir "X-59" hava raketi və 4 ədəd "X-22" raketi ilə yanaşı 19 ədəd "Şahed" tipli pilotsuz uçuş aparatından (PUA) istifadə edərək Ukrayna ərazilərinə hücum etdiyi bildirilib.

Açıqlamada Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin ünsürlərinin Poltav vilayətində Rusiyaya məxsus "X-59" hava raketi ilə Xarkov, Dnepropetrovsk, Zaporojya və Donetsk vilayətləri üzərində 13 “Şahed” növ PUA-nı məhv etdiyi, vurula bilməyən PUA-ların yarısının isə hədəflərinə çata bilmədiyi bildirilib.

Qeyd edək ki, Ukrayna fevralın 17-dən bəri Rusiyaya məxsus 6 döyüş təyyarəsini vurub.

Әlaqәli Xәbәrlәr