Rusiyada Navalnının qəfil ölümündən sonra başlayan etirazlar

Navalnının 16 fevralda saxlanıldığı həbsxanada ölümündən sonra ölkə boyu etirazlar davam edir

2104310
Rusiyada Navalnının qəfil ölümündən sonra başlayan etirazlar

 

  Rusiyanın Sankt-Peterburq şəhərində müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümündən sonra başlayan etirazlarda 154 nəfərə həbs olunub.

  Navalnının 16 fevralda saxlanıldığı həbsxanada ölümündən sonra ölkə boyu etirazlar davam edir.

  Rusiya polisi etirazçıları saxlamağa çalışıb.

  Ölkə daxilində saxlanılanların sayı 400-ü keçib.

  Etirazların intensiv şəkildə davam etdiyi Sankt-Peterburqda saxlanılan 200-dən çox Navalnı tərəfdarından 154-ü “nümayiş qanunlarını pozduqlarına görə” 14 günə qədər həbs cəzası alıb.

  Ölkənin müxtəlif şəhərlərindəki etirazçılara da bənzər cəzalar verilib.

  Xatırladaq ki, Rusiya Federal Həbsxana Xidmətinin (FSİN) fevralın 16-da verdiyi açıqlamada 47 yaşlı Navalnının saxlanıldığı Yamal yarımadasındakı həbsxanada öldüyü bildirilib. Navalnının ölümü ilə bağlı məlumatda “Aleksey Navalnı fevralın 16-da gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Reanimasiya cəhdləri uğursuz olub".

  18 fevralda isə Navalnının ölüm səbəbi “qəfil ölüm sindromu” olaraq açıqlanıb.



Әlaqәli Xәbәrlәr