"Ölkəm Ukrayna ilə bağlı Rusiyanın müttəfiqi deyil", N.Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukrayna ilə bağlı Rusiyanın müttəfiqi olmadığını bildirib.

2104199
"Ölkəm Ukrayna ilə bağlı Rusiyanın müttəfiqi deyil", N.Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukrayna ilə bağlı Rusiyanın müttəfiqi olmadığını bildirib.

Paşinyan deyib: “Əvvəlcə dediyim kimi, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil və bu, bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə hansısa şəkildə təsir göstərə bilmədiyimiz üçün təəssüflənirik. Ukrayna xalqı bizim qardaş xalqımızdır. Nankorluq edə bilmərik, ermənilər Ukraynada özlərini yaxşı hiss edirdilər".

Paşinyan keçmiş SSRİ respublikalarının, o cümlədən Rusiya və Ukraynanın bir-birinin dövlət sərhədlərini tanıdığını təsdiqləyən 1991-ci il Alma-Ata Bəyannaməsinin əhəmiyyətini də xatırladıb.

Paşinyan onu da deyib ki,  bizim fikrimizcə, Alma-Ata Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün təminatıdır və məntiqlə eyni şey Ukraynaya da şamil edilməlidir. Çünki bu sənəd hamımızı maraqlandırır. Əgər bunu pozsaq, hər şeyi poza bilərik.

İyun ayında Paşinyan "CNN Prima News" telekanalına müsahibəsində də bəyan etmişdi ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.

Paşinyan müsahibəsində “Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik. Bu müharibə, bu münaqişə bizi ona görə narahat edir ki, bu, bizim bütün qarşılıqlı münasibətlərimizə birbaşa təsir edir. Qərbdə bizi Rusiya ilə müttəfiq kimi görürlər. Rusiya isə onlar bilirlər ki, biz Ukrayna müharibəsində onların müttəfiqi deyilik. Beləliklə, bu vəziyyətdə biz heç kimin müttəfiqi deyilik və bu, həssas olduğumuz mənasını daşıyır. " dedi.

Paşinyan fevralın əvvəlində Ermənistan İctimai Radiosuna müsahibəsində də demişdi ki, İrəvan əvvəlki kimi Rusiyadan razı qala bilmədiyi üçün hərbi əməkdaşlıq üçün yeni müttəfiqlər axtarır.

Yanvarda Paşinyan NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina ilə Ermənistanın NATO ilə əməkdaşlığını müzakirə edib.



Әlaqәli Xәbәrlәr