“Avdeyevka şəhəri artıq Rusiya ordusunun nəzarətindədir”, S.Şoyqu

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada S.Şoyqunun Kreml sarayında ölkə prezidenti Vladimir Putinlə görüşərək ona müharibənin gedişatıyla bağlı hesabat verdiyi bildirilib ...

2103775
“Avdeyevka şəhəri artıq Rusiya ordusunun nəzarətindədir”, S.Şoyqu

 

  Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.

  Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada S.Şoyqunun Kreml sarayında ölkə prezidenti Vladimir Putinlə görüşərək ona müharibənin gedişatıyla bağlı hesabat verdiyi bildirilib.

  Məlumatda deyilir: “Mərkəz” hərbi qruplaşmasının bölmələri Donetsk vilayətinin digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirir.

  Donetsk Xalq Respublikasının Avdeyevka şəhəri Rusiya ordusu tərəfindən tutulub.

  Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saatda Ukrayna ordusunun təxminən 1500 əsgər itkisi var”.

  Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson rayonları qanunsuz olaraq ilhaq edilib.



Әlaqәli Xәbәrlәr