“Ukraynadakı hadisələrə gec başladıq”, V.Putin

Putin Rusiyanın “Rossiya-1” dövlət kanalının müxbirinə müsahibəsində 2022-ci il fevralın 24-dən davam edən Ukrayna müharibəsini və “Fox News”un keçmiş aparıcılarından Taker Karlsona (Tucker Carlson) keçən həftə verdiyi müsahibəni dəyərləndirib

2102784
“Ukraynadakı hadisələrə gec başladıq”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynadakı hadisələrə gec başladığını bildirib.

  Putin Rusiyanın “Rossiya-1” dövlət kanalının müxbirinə müsahibəsində 2022-ci il fevralın 24-dən davam edən Ukrayna müharibəsini və “Fox News”un keçmiş aparıcılarından Taker Karlsona (Tucker Carlson) keçən həftə verdiyi müsahibəni dəyərləndirib.

  V.Putin Ukraynanın NATO-ya daxil olması ehtimalından narahat olduqlarını bildirərək deyib: "Çünki bu, təhlükəsizliyimizi təhdid edirdi. Bizi daim aldadırlar ki, NATO Şərqə doğru genişlənməyəcək. Halbuki onlar təşkilatı 5 dəfə genişləndiriblər. Əməlli-başlı yalan danışırlar.  

  Rusiya Ukrayna ilə bağlı əvvəlcə sülhsevər təşəbbüslər göstərdi, lakin Minsk sazişinin həyata keçirilməsində də aldandı.

  Təəssüfləndiyimiz yeganə şey həmsöhbətlərimizi layiqli adam hesab edib fəaliyyətə tez başlamamağımızdır.

  Rusiya Donbasdakı hadisələrə görə Ukraynada xüsusi hərbi əməliyyata başladı. Bugünkü Ukrayna hakimiyyətinin Minsk Sazişini yerinə yetirməkdən tamamilə imtina etməsi faktiki olaraq bir tətik oldu”.

  Keçən həftə dərc olunan müsahibəsində amerikalı jurnalist Karlsonun çox yumşaq olduğu ilə bağlı da danışan Rusiya prezidenti bunları söyləyib: "Düşünürəm ki, Taker Karlson təhlükəli adamdır. Fikirləşdim ki, o, aqressiv davranacaq və sərt suallar verəcək. Mən də bunu istəyirdim, çünki sərt cavablar vermək imkanım olacaqdı. Amma o fərqli bir taktikadan istifadə etdi. Sözümü bir neçə dəfə kəsməyə çalışsa da, Qərb jurnalisti təəccüblü dərəcədə səbirli idi”.

  Vladimir Putin ABŞ prezidenti olaraq Co Bayden, ya Donald Trampı görmək istəməsi ilə bağlı suala isə belə cavab verib: "Co Bayden daha təcrübəli və daha uzaqgörəndir. O, köhnə üsullu bir siyasətçisidir. Amma Amerika xalqı hansını prezident seçsə, biz təbii ki, onunla işləyəcəyik”.

 



Әlaqәli Xәbәrlәr