İsrailin Suriyaya hücum etdiyi irəli sürüldü

İsrailin Suriyaya endirdiyi hava hücumu nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirdiyi iddia edilib.

2098793
İsrailin Suriyaya hücum etdiyi irəli sürüldü

İsrailin Suriyaya endirdiyi hava hücumu nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirdiyi iddia edilib.
Suriyanın SANA xəbər agentliyinin hərbi mənbələrə istinadən yaydığı məlumatda yerli vaxtla saat 00.30-da İsrail qüvvələrinin Humus şəhərinin mərkəzini və  bəzi bölgələrini hədəf aldığı bildirilib.
Xəbərdə bu ifadələrə yer verilib: "Hava hücumundan müdafiə sistemlərimiz düşmənin Livandan gələn raketlərinin bir qismini məhv edib. Hücum zamanı mülki şəxslər həlak olub və yaralanıb. Hücum maddi ziyana da səbəb olub''.
İsrail hücumla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşqdə və paytaxtın çöl ərazilərində Livan Hizbullahının ünsürləri, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmaları var.
İsrail 2011-ci ildən etibarən Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr