BMT: ''Vladimir Putinin Türkiyeyə səfərinin nəticələrini yaxından izləyəcəyik''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya prezidenti Vladimir Putinin Türkiyeyə səfərinin nəticələrini yaxından izləyəcəklərini açıqlayıb.

2098164
BMT: ''Vladimir Putinin Türkiyeyə səfərinin nəticələrini yaxından izləyəcəyik''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya prezidenti Vladimir Putinin Türkiyeyə səfərinin nəticələrini yaxından izləyəcəklərini açıqlayıb.BMT) Rusiya prezidenti Vladimir Putinin Türkiyeyə səfərinin nəticələrini yaxından izləyəcəklərini açıqlayıb.
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlərin "Vladimir Putinin səfəri zamanı BMT Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlandırılması səylərinə dəstək verəcəkmi?'' şəklindəki sualını cavablandıran Stefan Dujarrik deyib: “Əlbəttə, biz səfərin nəticələrini çox diqqətlə izləyəcəyik”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Türkiyeyə səfəri zamanı Rusiya ilə Türkiye arasında iqtisadi və ticarət əlaqələri, o cümlədən Ukrayna ilə bağlı regional məsələlər müzakirə olunacaq.
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Vladimir Putinin fevralda Türkiyeyə səfəri üçün hazırlıqların aparıldığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr