ABŞ bazasına yeni hücumlar olub

İranın dəstəklədiyi qruplaşmalar ABŞ-ın Suriyadakı bazasına yeni hücumlar edib.

2097479
ABŞ bazasına yeni hücumlar olub

İranın dəstəklədiyi qruplaşmalar ABŞ-ın Suriyadakı bazasına yeni hücumlar edib.
İranın dəstəklədiyi qruplar tərəfindən ABŞ-ın Suriyadakı bazasına pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə yeni hücumlar olub.

Suriyada Fərat çayının qərb sahilində yerləşən Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ABŞ əsgərlərinin yerləşdiyi  “Əl-Ömər” neft yatağı bazasına çoxsaylı (PUA) hücumlar həyata keçirib.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, ABŞ yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq, fevralın 3-də İraqda İran İnqilab Keşikçiləri Korpusu Qüds Qüvvələri ilə bağlı milis qruplara aid azı 85 hədəfə hava zərbələri endirildiyini bildirib.

İlin əvvəlindən ABŞ qüvvələrinin Suriyada yerləşdirildiyi bazalara mənşəyi məlum olmayan raket və PUA ilə çoxlu hücumlar həyata keçirilib.



Әlaqәli Xәbәrlәr