XİN: “İraq düşmənlərin güc göstərmə yeri deyil”

İraq Amerika Birləşmiş Ştatlarının törətdiyi son hücumla əlaqədar ABŞ-ın İraq səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası verib

2097317
XİN: “İraq düşmənlərin güc göstərmə yeri deyil”

 

  İraq Amerika Birləşmiş Ştatlarının törətdiyi son hücumla əlaqədar ABŞ-ın İraq səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası verib.

  İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir: “ABŞ-ın İraq səfirliyinin müvəqqəti işlər vəkili Devid Berker Amerikanın ölkənin qərbində mülki şəxsləri və təhlükəsizlik qüvvələrini hədəf alan hava hücumlarına etiraz olaraq nazirliyə çağırıldı və ona etiraz notası verildi.

  ABŞ-ın Bağdaddakı səfiri Alina Romanovski ölkədə olmadığı üçün D.Berker nazirliyə çağırılıb və İraq ərazisinin döyüşən ölkələr arasında çəkişmə meydanına çevrilməsinə icazə verilməyəcəyi bildirilib.

  İraq düşmənlərin güc göstərmə yeri deyil.

  Torpaqlarımızı və şəhərlərimizi, mülki vətəndaşlarımızı və təhlükəsizlik qüvvələrimizi qorumaq üçün mənəvi, milli və konstitusiya məsuliyyətinin tələb etdiyi hər cür səyi göstərəcəyik”.

  Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyası (UNAMİ) hadisəyə münasibət bildirərək İraqda can itkisindən üzüntü duyduğunu ifadə edib, ABŞ-ın bölgəyə hücumlarının davam etməsinin dağıdıcı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib, tərəfləri maksimum sağlam düşüncə və mötədilliyə çağırıb.

  İraq hökumətinin sözçüsü Bəsim əl-Avvadi ABŞ-ın ölkənin qərbindəki Ənbar şəhərində təhlükəsizlik qüvvələrini hədəf alan hava hücumunda 16 adamın öldüyünü, 25 nəfərin isə yaralandığını bildirib.

  ABŞ-ın törətdiyi hava hücumlarında həyatını itirənlər üçün İraq hökuməti ölkədə 3 günlük matəm elan edib.



Әlaqәli Xәbәrlәr