Zelenski Avropa İttifaqı liderlərinə təşəkkür edib

Volodimir Zelenski Avropa İttifaqının (Aİ) ölkəsinə 50 milyard avro dəstək verməsi qərarının ölkəsi və Avropanın ayaqda qalacağının aydın işarəsi olduğunu bildirib.

2096504
Zelenski Avropa İttifaqı liderlərinə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) ölkəsinə 50 milyard avro dəstək verməsi qərarının ölkəsi və Avropanın ayaqda qalacağının aydın işarəsi olduğunu bildirib. 

Fevralın 1-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsinə videokonfrans vasitəsilə qatılan V.Zelenski Ukraynaya 50 milyard avro dəyərində dəstək qərarına görə liderlərə təşəkkür edib və deyib:

"Bu, Ukrayna və Avropanın ayaqda qalacağına açıq işarədir. Bu qərarın 27 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilməsi də çox vacibdir. Bu, sizin birliyin və Ukraynaya dəstəyinizin daha bir bariz göstəricisidir". 

Zelenski Avropanın tam etibarlılığını və qərarlarının effektivliyini nümayiş etdirməyin zəruriliyini vurğulayıb və "Rusiyanın Ukrayna cəbhəsində Avropaya qarşı başlatdığı təcavüzə Rusiyanın müttəfiqindən, yəni Şimali Koreyadan artilleriya mərmiləri və ballistik raketlər qoşulub. Bunlar mülki infrastrukturumuzu məhv edən İranın Şahed (pilotsuz uçuş aparatları) ilə yanaşı, şəhərlərimizə də zərbələr endirir. Kəşfiyyat Rusiyanın Pxenyandan bir milyon artilleriya mərmisi alacağını təsdiqləyir” deyib.

Avropanın Ukrayna üçün bir milyon artilleriya mərmisi tədarükü planına diqqət çəkən Zelenski liderlərə qərarın həyata keçirilməsinin yubandığını xatırladıb.

Volodimir Zelenski qeyd edib ki, Avropa Sülh Fondu çərçivəsində 4 il müddətinə kapitalı 5 milyard avro olan Ukraynaya Yardım Fondunun yaradılmasında Aİ liderlərinin yekdilliyə ehtiyacı var.

Yanvarda İsveçrəyə səfəri zamanı Qlobal Sülh Sammitinin keçirilməsi ilə bağlı razılığın əldə edildiyini xatırladan Zelenski həmçinin Aİ liderlərini sammitə hazırlıqda fəal iştirak etməyə çağırıb.



Әlaqәli Xәbәrlәr