İsrail Dəməşqə hava zərbəsi endirib

İsrail Suriyanın paytaxtı Dəməşqə hava zərbəsi endirib.

2096733
İsrail Dəməşqə hava zərbəsi endirib

İsrail Suriyanın paytaxtı Dəməşqə hava zərbəsi endirib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə yerli vaxtla saat 04.20-də Dəməşqin cənubundakı bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumu ilə hədəfə alındığı bildirilib. 

"Hava Hücumundan Müdafiə sistemlərimiz işğal altında olan Qolan təpələri istiqamətindən gələn düşmən raketlərinə cavab verərək, onların bir qismini vurub. Hücum nəticəsində ziyan dəyib", - deyə məlumatda bildirilib.

İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Dəməşq və onun kənd yerlərində Suriya ordusu və İranın dəstəklədiyi qruplarla yanaşı Livan Hizbullahının ünsürləri var.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri İsrail bu ölkədə İranın dəstəklədiyi qruplara vaxtaşırı hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr