"NATO-nun hərbi təlimləri Rusiya üçün təhlükədir", D.Peskov

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada aktual məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

2095795
"NATO-nun hərbi təlimləri Rusiya üçün təhlükədir", D.Peskov

"NATO-nun hərbi təlimləri Rusiya üçün təhlükədir".

Bunu Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada aktual məsələlərlə bağlı jurnalistlərə verdiyi açıqlamada deyib.

NATO-nun təşkil edəcəyi “Steadfast Defender-2024" (Sabit Müdafiəçi 2024”) adlı təlimi dəyərləndirən Peskov bunun ölkəsi üçün təhlükə yaratdığını bildirib.

Peskov "NATO bizə qarşı təhdid rolunu yerinə yetirməkdə davam edir. Bunu belə görürük. Buna qarşı lazımi tədbirlər görülür" deyib.

Alyansın onilliklər ərzində öz infrastrukturunu Rusiya sərhədlərinə doğru çəkdiyini bildirən Peskov NATO-nun ABŞ tərəfindən idarə edildiyini və “münaqişə vasitəsi” olduğunu bildirib.

Mətbuat katibi Peskov həmçinin qeyd edib ki, ötən həftə Belqorod vilayətində 65-i ukraynalı əsir olmaqla 74 nəfərin olduğu Rusiya təyyarəsinin vurulması ilə bağlı istintaq prosesi davam edir.



Әlaqәli Xәbәrlәr