İran fevralın 4-dən 28 ölkə ilə vizanı birtərəfli ləğv etdi

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə ...

2095720
İran fevralın 4-dən 28 ölkə ilə vizanı birtərəfli ləğv etdi

 

  İran turizmi canlandırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdiyini açıqladı.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Əli Rza Biqdəli bildirib ki, bəzi ölkələrin vətəndaşlarının İrana turizm məqsədi ilə səfərləri üçün birtərəfli vizadan azad edilməsi haqqında göstəriş müvafiq qurumlara göndərilib.

  Viza azadlığı Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya Herseqovina, Belarus və Hindistan kimi 28 ölkəyə tətbiq ediləcək.

  28 ölkədən ölkədən təkcə Hindistan vətəndaşları vizaya ehtiyac olmadan hava yolu ilə İrana daxil ola bilər, quru sərhədlərindən keçmək üçünsə viza almalı olacaqlar.  



Әlaqәli Xәbәrlәr