“İranın bu fəaliyyətini pisləməyə İngiltərə, Fransa və Almaniyanın haqqı yoxdur”, N.Kənani

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib ...

2094177
“İranın bu fəaliyyətini pisləməyə İngiltərə, Fransa və Almaniyanın haqqı yoxdur”, N.Kənani

 

  İran kosmosa peyk buraxılış fəaliyyətini ballistik raket proqramı ilə əlaqələndirərək qınayan Böyük Britaniya, Fransa və Almaniyanı (E3) ittiham edib.

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib: “Qaim-100” peyk daşıyıcı raketindən istifadə edərək “Sürəyya” adlı araşdırma peykini keçən həftə orbitə çıxardıq. İlk dəfə peykimiz 750 kilometr məsafədə orbitə yerləşdi. İranın ballistik raket fəaliyyətini pisləməyə İngiltərə, Fransa və Almaniyanın haqqı yoxdur. Beynəlxalq qaydalara əsasən, İranın kosmos sahəsində fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb”.

  Xatırladaq ki, İran yanvarın 20-də “Sürəyya” adlı yeni tədqiqat peykini kosmosa göndərib. Peyk ilk dəfə 750 kilometr məsafədə uğurla orbitə çıxıb. ABŞ və onun Qərb müttəfiqləri İranın ballistik raket fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu və “İranın peyk fəaliyyətinin arxasında Yaxın Şərq və Avropanı təhdid edən qitələrarası ballistik raket proqramı”nı gizlətdiyini iddia edir. Rəsmi Tehran isə istehsal edilən raketlərin şərti olduğunu və BMT Təhlükəsizlik Şurasının nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə uyğun olduğunu müdafiə edir.



Әlaqәli Xәbәrlәr