Terror təşkilatı PKK peşmərgə qüvvələrinə hücum edib

Separatçı terror təşkilatı PKK İraq Kürd Regional Rəhbərliyinə (KRG) tabe olan peşmərgə qüvvələrinə hücum edib.

2093458
Terror təşkilatı PKK peşmərgə qüvvələrinə hücum edib

Separatçı terror təşkilatı PKK İraq Kürd Regional Rəhbərliyinə (KRG) tabe olan peşmərgə qüvvələrinə hücum edib.
Bu barədə İraq Kürd Regional Rəhbərliyinin Terrorla Mübarizə İdarəsinin rəsmi ''Facebook'' səhifəsində edilən paylaşımda bildirilib.
Paylaşımda PKK terrorçularının dünən Duhokun Amedi rayonundakı Peşmərgə qüvvələrinə məxsus keçid məntəqəsinə raket hücumu təşkil etdiyi bildirilib.
Paylaşımda həmçinin Peşmərgə qüvvələrinin də  özlərini müdafiə etdiyi qeyd olunub.
"PKK üzvlərinin bu cəhdi bölgənin təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş hücumlar çərçivəsindədir'',-deyə paylaşımda vurğulanıb.
Paylaşımda İraq Kürd Regional Rəhbərliyinin regional rəqabət meydanı olmayacağı, lakin müdafiə etmək hüququ olduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr