ABŞ qırıcıları üç obyektə hücum edib

ABŞ-ın müdafiə naziri Lloyd Austin hərbi qüvvələrinin İraqda İranın dəstəklədiyi milis qruplarına aid üç obyektə hücum etdiyini açıqlayıb.

2092582
ABŞ qırıcıları üç obyektə hücum edib

ABŞ-ın müdafiə naziri Lloyd Austin hərbi qüvvələrinin İraqda İranın dəstəklədiyi milis qruplarına aid üç obyektə hücum etdiyini açıqlayıb.
Lloyd Austin verdiyi yazılı açıqlamada Prezident Co Baydenin göstərişi ilə İraqda İranın dəstəklədiyi milis qruplarının istifadə etdiyi 3 obyekti vurduqlarını qeyd edib.

Hücumları "zəruri" və "mütənasib" olaraq xarakterizə edən Austin deyib: "Bu hücumlar İranın dəstəklədiyi milislərin İraq və Suriyada ABŞ və Koalisiya personalına qarşı artan bir sıra hücumlarına birbaşa cavabdır" .

ABŞ-ın öz maraqlarını müdafiə etmək üçün lazımi addımları atmaqdan imtina etməyəcəyini bildirən Austin bölgədə münaqişələri qızışdırmağa çalışmadıqlarını irəli sürüb və İranın dəstəklədiyi hücumların dərhal dayandırılmasına çağırıb.

Qeyd edək ki, İraqda yerli mətbuatda dərc olunan xəbərlərdə də ABŞ qırıcılarının Babilin Curf əl-Səhər bölgəsindəki "Haşdi Şabi"yə aid hərbi fakültəni bombaladığı, hücumda ölən və yaralananların olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr