İran ABŞ-a xəbərdarlıq edib

Hüseyn Əmir Abdullahian İngiltərə ilə birlikdə Yəməndəki husilərə qarşı yeni hücumlar həyata keçirən ABŞ-a“ müharibənin əhatə dairəsinin genişlənəcəyi” ilə bağlı xəbərdarlıq mesajı göndərdiklərini bildirib.

2092256
İran ABŞ-a xəbərdarlıq edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İngiltərə ilə birlikdə Yəməndəki husilərə qarşı yeni hücumlar həyata keçirən Amerika Birləşmiş Ştatlarına (ABŞ) “müharibənin əhatə dairəsinin genişlənəcəyi” ilə bağlı xəbərdarlıq mesajı göndərdiklərini bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətlə bağlı bu gün keçiriləcək iclasında iştirak etmək üçün Nyu-Yorka gedən Abdullahian bölgədəki hadisələrlə bağlı açıqlama verib.

İranlı nazir ABŞ-ın Böyük Britaniya ilə birlikdə Yəməndəki husilərə qarşı həyata keçirdiyi hava hücumlarına toxunaraq deyib:

“ABŞ və Böyük Britaniyaya regionda sülh və təhlükəsizliyi təhdid edən hücumlarının müharibənin miqyasını genişləndirəcəyinə dair mesajlar və ciddi xəbərdarlıqlar göndərdik”. 

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ-a məxsus yük gəmisini gəmi əleyhinə raketlərlə vurduqlarını və ABŞ və Böyük Britaniya qüvvələrinin isə paytaxt Sənaya hava hücumu təşkil etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr