Rusiya prezidenti Şimali Koreyaya hazırlaşır

Koreya Mərkəzi İnformasiya Agentliyi xəbər verir ki ...

2091365
Rusiya prezidenti Şimali Koreyaya hazırlaşır

 

  Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Şimali Koreyaya səfər etməyi düşünür.

  Koreya Mərkəzi İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

  Prezident Vladimir Putin bu istəyini Rusiyada səfərdə olarkən Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Çoy Sonhuya deyib. O bildirib ki, Şimali Koreyanın başçısı Kim Çen İnın onun üçün əlverişli vaxtda Pxenyana dəvətinə görə bir daha dərin minnətdardır və yaxın gələcəkdə KXDR-ə səfər etməyə hazırdır.

  Xatırladaq ki, Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov da ölkə başçısı Vladimir Putinin Şimali Koreyaya səfərinin yaxın gələcəkdə baş tuta biləcəyini, dəqiq vaxtın diplomatik kanallar vasitəsilə razılaşdırılacağını açıqlamışdı.

  Qeyd edək ki, V.Putin sonuncu dəfə 2000-ci ildə bu ölkədə rəsmi səfərdə olub.



Әlaqәli Xәbәrlәr