Rusiya Kroxmalnoyeni nəzarətə götürdü

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada yazılır ...

2091457
Rusiya Kroxmalnoyeni nəzarətə götürdü

 

  Rusiya Ukraynanın Xarkov rayonundakı Kroxmalnoye qəsəbəsini nəzarətə götürdüklərini bildirib.

  Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada yazılır: “Rusiya ordusu Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində fəaliyyətini davam etdirir. Qərb Qüvvələr Qrupu qoşunları Kupyansk istiqamətində uğurlu irəliləyərək Xarkov rayonunun Kraxmalnoye qəsəbəsini azad edib. Ukrayna ordusuna məxsus 43 pilotsuz uçuş aparatı Xarkov, Luqansk, Donetsk Xerson və Zaporojya bölgələrində zərərsizləşdirilib.

  Ümumiyyətlə, Ukraynaya hərbi əməliyyat başlayandan indiyədək 567 təyyarə, 265 helikopter, 10 min 957 PUA, 450 hava hücumundan müdafiə raket sistemi, 14 min 708 tank və zirehli texnika, 1203 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 7799 haubitsa və minaatan, 17 min 698 xüsusi hərbi maşın məhv edilib.

  Ukrayna ordusu Rusiya ərazisinə hücuma keçməyə çalışıb və Qara dənizdə Krım yarımadası yaxınlığında 3 raket Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.



Әlaqәli Xәbәrlәr