ABŞ-ın Suriyada yerləşən bazalarına raketlərlə hücum olub

Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi terrorçu qruplar ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücum edib.

2088576
ABŞ-ın Suriyada yerləşən bazalarına raketlərlə hücum olub

Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi terrorçu qruplar ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücum edib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz obyektlərindəki bazaya raketlərlə hücum edib.

ABŞ hava hücumundan müdafiə sistemləri raketlərdən ikisini hədəflərinə çatmamış məhv edib. Atılan raketlərdən biri baza ətrafına düşüb.

Digər tərəfdən, bazada yerləşən ABŞ qüvvələri Fərat çayının qərb sahilində yerləşən Həşşəm qəsəbəsində İranın dəstəklədiyi qrupların mövqelərinə raket zərbələri ilə cavab verib.

ABŞ ordusunun Hasəkə və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla hədəfə alınır.

Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.



Әlaqәli Xәbәrlәr