Üç ölkə arasında minaların təmizlənməsi ilə bağlı müqavilə imzalanacaq

Todor Taqarev Türkiye və Rumıniya ilə gələn həftə İstanbulda Qara dənizdə minaların təmizlənməsi ilə bağlı müqavilə imzalayacaqlarını açıqlayıb.

2084460
Üç ölkə arasında minaların təmizlənməsi ilə bağlı müqavilə imzalanacaq

Bolqarıstanın müdafiə naziri Todor Taqarev Türkiye və Rumıniya ilə gələn həftə İstanbulda Qara dənizdə minaların təmizlənməsi ilə bağlı müqavilə imzalayacaqlarını açıqlayıb.

Bolqarıstan Xəbər Agentliyinin (BTA) məlumatına görə, Todor Taqarev ölkənin cənub-qərbində yerləşən Blaqoyevqrad şəhərində Qara dənizdə dəniz minalarına qarşı aparılan mübarizə ilə bağlı jurnalistlərə açıqlama verib.

Taqarev bəyan edib ki, Bolqarıstan, Rumıniya və Türkiye gələn həftə İstanbulda Qara dənizdə minaların təmizlənməsi ilə bağlı saziş imzalayacaq.

Taqarev qeyd edib ki, müqavilənin mətni və konsepsiyası ilə bağlı razılığa gəliblər.

“Rusiyanın 2022-ci ildə Ukraynada başlatdığı müharibə ərazimiz və naviqasiya təhlükəsizliyimiz üçün risklər yaradır və bu riskləri minimuma endirmək üçün üç ölkənin donanması minalardan təmizlənəcək”, -deyə Taqarev qeyd edib.



Әlaqәli Xәbәrlәr